EN

“Azərbaycana strateji razılaşma təklif edirik” - Paşinyan Kazanda yeni “ideya” ilə çıxış edib

“Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll variantına malik ola bilərlər”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın baş nazir dünən parlament kürsüsündə təxminən 20 gün əvvəl Kazanda Azərbaycan lideri ilə keçirilən danışıqların təfərrüatlarını açıqlayarkən bildirib.

“Biz bu təklifi Azərbaycana yazılı şəkildə çatdırmışıq”, - deyə Nikol Paşinyan bildirib. Ancaq təklifin məzmununu açıqlamayıb.

Dünən xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, Ermənistan və Azərbaycan dəmir yolu xəttinin işə salınması ilə bağlı intensiv danışıqlar aparır. Xarici işlər naziri həmin danışıqlarda hansı rəsmilərin iştirak etdiyi barədə ətraflı məlumat verməyib.

Məlumdur ki, bu ayın əvvəlində keçirilən görüşdə sərhədin demarkasiyası işlərinin koordinatorları Mher Qriqoryan və Şahin Mustafayev nəqliyyat əlaqəsi məsələsini ayrıca müzakirə ediblər.

Bundan əvvəl Azərbaycan və Ermənistan Rusiya tərəfinin vasitəçiliyi ilə danışıqlar aparırdılar. Ermənistan hökuməti hətta ilkin hesablama aparıb ki, dəmir yolunun tikintisi təxminən 200 milyon dollara başa gələcək.

Bakı və İrəvan dörd ildir ki, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı danışıqlar aparır, indiyədək heç bir nəticə yoxdur. Ermənstan tərəfi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edərək, Zəngəzur dəhlizinin açılmasına imkan vermək istəmir. Azərbaycan isə İrəvanı öhdəliklərini yerinə yetirməyə, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını əks etdirən maddələri çıxarmağı tələb edir. İrəvan bu tələbləri yerinə yetirənə qədər kommunikasiyaların açılması mümkünsüz görünür.

Parlamentdə sual-cavab sessiyasında Paşinyan sülh danışıqlarından da danışıb. O bildirib ki, İrəvan müqavilə ilə bağlı Bakının təkliflərinə cavab verib. Azərbaycan tərəfi isə onu noyabrın 5-də göndərib.

Paşinyan yenə yalanlasrını davam etdirib və iddia edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yoxdur. Ancaq o, konstitusiya dəyişikliklərini də istisna etməyib.

“Əgər Konstitusiya Məhkəməsi sülh sazişinin mətninin Konstitusiyaya uyğun gəlmədiyinə qərar verərsə, Ermənistan konstitusiyaya düzəlişlər etmək təşəbbüsü ilə çıxış edə bilər”- deyə, bildirib.

Baş nazirin Azərbaycanla dinc yaşamaq üçün yeni “ideyasının” olduğunu da bildirib. Bakı ilə strateji müqavilə bağlamaq niyyətini ifadə edib. O, Kazan danışıqlarından bu barədə ətraflı söhbət etdiklərini qeyd edib.Paşinyan Azərbaycan Prezidenti ilə indiyədək heç vaxt belə uzun söhbətinin olmadığını, danışıqlardan razı qaldığını, bunun ən vacib məsələ olduğunu vurğulayıb.

Nikol Paşinyan strateji müqavilə dedikdə nəyi nəzərdə tutduğunu ifadə etməyib. Yalnız deyib ki, hökumətin strateji razılaşma ilə bağlı təsəvvürü var və o, real Ermənistan konsepsiyasına əsaslanacaq. Paşinyan Azərbaycan Prezidentinin təklifə münasibətinə açıqlamayıb.  

Qeyd edəık ki, Paşinyanın bu yeni "ideyanı" da sülh müqaviləsini imzalamaqdan yayınmaq üçün ortaya atdığı istisna deyil. 

“AzPolitika.info”

Chosen
41
azpolitika.info

1Sources