EN

Avropa ilə iqtisadi marağı dayandırmaq lazımdır – Əziz Əlibəyli – ÖZƏL

"Avropanın milli maraqları həqiqətən də ona enerji və neft üzərindən qazanc əldə etməyə bəs edəcəksə, buna uyğun addımlar atacaq".

Bu fikirləri Olaylar.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli deyib:

"Konkret olaraq Avropa ilə siyasəti, iqtisadi marağı dayandırmaq lazımdır. Orada hansısa strateji yanaşma, hansısa ideoloji baxış rolu oynamır. Həyat standartı və liberal dəyərlər üzərindən təbliğ olunan baxışlar dünyanın başqa ölkələri üçün nə qədər cəzbedici bir formada təbliğ olunsa belə, həmin ölkələrin özlərinin dünya üçün bunu nə dərəcədə vəd etməsi şübhəlidir, o cümlədən Azərbaycanla münasibətləri də. Sadəcə Ukrayna müharibəsi kontekstində Azərbaycana ehtiyacları var. Bu baxımdan da ikili oynamaq məcburiyyətində qalırlar. Əmin olun, Ukrayna müharibəsi bitsə, ki yaxın zamanlarda da başa çatacaq, biz, ümumiyyətlə Avropanın ikinci dəfə əsl simasını görmüş olacağıq. 90-cı illərdə də bunun şahidi olmuşuq, indi də. Ona görə də Prezident İlham Əliyev bunu bilir. Avropanın hansı qərəzi, hansı məqsədi olduğunu çox dəqiq bilir və indiki yanaşması, mövqeyi də onların əsl kimliyini üzlərinə vurmaq məsələsinə aiddir". 

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
31
olaylar.az

1Sources