EN

Azərbaycanın bank sektoru 2030-cu ilə qədər dayanıqlı və yaşıl layihələrin maliyyələşdirilməsinə 2 milyard manat ayıracaq

BAkı. Trend:

Azərbaycanın bank sektoru 2030-cu ilə qədər dayanıqlı və yaşıllayihələrin maliyyələşdirilməsinə 2 milyard manat ayıracaq.

Trend xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının(ABA) prezidenti Zakir Nuriyev Azərbaycan Mərkəzi Bankının təşkiletdiyi “Qlobal maliyyə sistemi: iqlimlə mübarizə üçünmaliyyələşdirmənin genişləndirilməsi” mövzusunda panel müzakirəsizamanı deyib.

"Azərbaycanın bank sektoru Azərbaycanın aşağı karbonlu,dayanıqlı iqtisadiyyata keçidinə töhfə verəcək davamlı və yaşıllayihələrin maliyyələşdirilməsinə 2030-cu ilə qədər 2 milyard manatvəsait ayıracaq", - o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
20
az.trend.az

1Sources