EN

“Millidə artıq Fernandu Santuşun işi ortaya çıxmalıdır” – Azər Bağırov

“Artıq Fernandu Santuşun rəhbərliyi ilə millinin bir neçə oyunlarını izləmişik. Nəticələr qane etməsə də, hissələrlə yaxşı oyun sərgilənib. Bu görüşdə qələbə qazanacağımızı düşünürəm. Evdə, azarkeşlərimiz önündə çıxış edəcəyik. Qarşılaşma Qəbələdə keçirilsə də, azarkeşlərin millini tək qoymayacağına inanıram”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan yığmasının Millətlər Liqası V turunda Estoniya komandasına qaşrı keçirəcəyi görüş barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“4 oyundan sonra xalımız yoxdu. Məncə, heyət daha yaxşı nəticə verməyə qadirdi. Sadəcə komandada motivasiya çatmır. Müasir futbolda dayanmaq, təslim olmaq olmaz. Oyunun əlavə vaxtlarına kimi mübarizə aparan bir komanda formalaşdırmalısan. Ümumiyyətlə, məşqçinin komandanı tanıması üçün 4-5 oyun kifayət edir. Bu müddətdə əlində olan oyunçuların nəyə qadir olduğunu bilməlisən. Santuş yetirə qədər futbolçuları tanıyır. Artıq millidə məşqçi işi ortaya çıxmalıdır. Heç vaxt heyətin potensialının aşağı olduğunu deyə bilmərəm. Hər biri özlüyündə yaxşı oyunçulardı. Elə bu səbəbdən də milliyə dəvət alırlar. Sadəcə oyun üslubu və motivasiyanı qaldırmaqla çox şeyə nail olmaq olar”.

Həsən Quluzadə

Chosen
38
idmanxeber.az

1Sources