EN

“Barselona”dan ilin transferi

“Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Mənbəyə görə, təcrübəli hücumçu “Barselona”nın diqqət mərkəzindədir.

Misirli oyunçunun mövsümün sonunda “Liverpul” ilə müqaviləsi başa çatacaq. Lakin klub rəhbərliyi kontraktın uzadılması üçün hələ ki, heç bir addım atmayıb. Oyunçunun da komandadan ayrılacağı gözlənilir.

Qeyd edək ki, Salah 2024/25 mövsümündə “qırmızılar”ın forması ilə meydana çıxdığı 17 matçda 10 qola və 10 məhsuldar ötürməyə imza atıb.

Chosen
47
3
7times.az

3Sources