EN

Zaqatalada iynə vurulan şəxs şok nəticəsində ölüb - YENİLƏNİB

"Zaqatala rayonu Muxax kənd sakini "anafilaktik şok"dan həyatını itirib".

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu məlumat Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilib.

"1987-ci il təvəllüdlü şəxslə bağlı 13 noyabr saat 22:30-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub. Ünvana təcili yardım briqadası cəlb olunub.

Göstərilən zəruri tibbi yardıma baxmayaraq, saat 23:13-də "anafilaktik şok" diaqnozu ilə şəxsin ambulansda xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.

Mövcud protokollara uyğun olaraq xəstəxanaya çatdırıldıqdan sonra da bütün reanimasiya tədbirlər görülsə də, ölüm faktı öz təsdiqini tapıb", - deyə məlumatda bildirilir.

***

37 yaşlı kişi xəstəxanada ölüb. Avtosfer.az xəbər verir ki, rayonun Muxax kənd sakini 1987-ci il təvəllüdlü Ramazanov Rəfael Məhəmməd oğlu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Xəstəxanada iynə vurulan R.Ramazanov anafilaktik şok nəticəsində ölüb.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Chosen
22
avtosfer.az

1Sources