EN

Bakı Apellyasiya Məhkəməsi Mikayıl İsmayılovun oğlunun şikayətinə baxacaq -Hakim Fuad Babayev


NUH.az  saytının  12 oktyabr 2024-cü il tarixli  xəbərində bəlli olurdu ki,  23.09.2024-cü il tarixdə    SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı Sabunçu Rayon Məhkəməsində qaldırılmış iddia üzrə məhkəmə baxışı yekunlaşıb. Hakim Ruslan Mirzəliyevin sədrliyi ilə keçirilən prosesdə  iddiaçı  Fidan Abbasovanın Orxan İsmayılzadəyə qarşı “ ATALIĞIN  MÜƏYYƏN   EDİLMƏSİ  və  ALİMENT TƏLƏBİNƏ "   dair iddiası  TƏMİN  OLUNUB.  

 


Beləliklə, məhkəmə hesab edib  ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlunun 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının atası olması müəyyən edilməli və iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 19.09.2024-cü il tarixdən başlayaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilməlidir.

 

Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 05.05.2015-ci il təvəllüdlü  İsmayılzadə  Nil Orxan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün 19.09.2024-cü il tarixdən hesablanaraq hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilsin. Hazırkı qətnamə 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızına “soyad” qrafasında İSMAYILZADƏ  , “ata” qrafasında milliyyəti azərbaycanlı olan İsmayılzadə Orxan Mikayıl oğlu qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır”.  

 

Bu gün NUH.az-a  daxil olan məlumata görə, cavabdeh  Orxan Mikayıl oğlu İsmayılzadə yuxarıda  qeyd etdiyimiz  məhkəmə qətnaməsi ilə bağlı   Bakı Apellyasiya Məhkəməsinə Apellyasiya  şikayəti edib. 

Həmin  şikayətlə   bağlı   2(103)-6597/2024 nömrəli  işə baxmaq  üçün  Fuad  Babayev  hakim  təyin edilib. 

 

 

 




Chosen
57
1
nuh.az

2Sources