EN

Türkiyə ordusu bu ölkədə əməliyyata BAŞLAYIR

Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyatlar keçirə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə TRT kanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən bildirib.

Qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri “lazım gələrsə” Suriyanın şimalında yerləşən PKK terrorçularına qarşı sərhədyanı əməliyyatlar keçirəcək.

“Ölkəmizin və sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar keçirmək Türkiyənin beynəlxalq hüquq və özünümüdafiə hüququ baxımından qanuni haqqıdır. Biz bu günə qədər bu mövzuda lazım olan hər şeyi etmişik və gələcəkdə də, edəcəyik”, – kanal bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya sərhədin 600 kilometrlik hissəsinə nəzarəti təmin etmək və terror təhdidlərini minimuma endirmək üçün bu ölkənin şimalında təhlükəsizlik zonasının yaradılmasını başa çatdırmaq planlarını dəfələrlə bəyan edib.

Chosen
31
1
konkret.az

2Sources