EN

Beynəlxalq qurumdan təbrik məktubu

Avropa Ağırlıqqaldırma Federasiyası tərəfindən Azərbaycan Ağırlıqqaldırma Federasiyasına (AAF) xüsusi təbrik və təşəkkür məktubu ünvanlanıb.

Bu barədə Msport.az-a AAF-nin mətbuat xidmətindən məlumat verilib.

Federasiya Prezidenti Antonio Konflitti və baş katib Milan Mixayloviçin imzası ilə göndərilən məktubda Polşada keçirilmiş qitə birinciliyindəki Azərbaycan yığmasının çıxışı yüksək qiymətləndirilib.

Eyni zamanda, iki hakimimiz – Asif Məlikov və Səbinə Rzayevanın uğuru fərqləndirilib.

Chosen
28
msport.az

1Sources