EN

COP29 çərçivəsində “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirə keçirilib

Bakı. Trend:

COP29 çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqlarıüzrə Müvəkkili (Ombudsman) tərəfindən “İnsan hüquqlarına əsaslananiqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu”mövzusunda interaktiv müzakirə keçirilib.

Trend xəbərverir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsanHüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva qeyd edib ki,Azərbaycanda 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair 5 milliprioritetdən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimimüəyyən edilməsi çox təqdirəlayiq haldır.

"Bundan əlavə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur,həmçinin Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası, eynizamanda, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü il “Yaşıldünya naminə həmrəylik ili” elan olunmuşdur.

İqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirilənkompleks tədbirlər və beynəlxalq arenada durmadan artan nüfuzununnəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikası COP29 kimiqlobal əhəmiyyətə malik mötəbər bir tədbirə ev sahibliyi edir.

Məlum olduğu kimi iqlim ədalətinin təmin olunmasında əsasaktorlardan biri olan Ombudsmanlar və milli insan hüquqlarıtəsisatları insan hüquqları sistemində mühüm yerlərdən birini tutansağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi, iqlimdəyişikliklərinə qarşı həssas olan qrupların hüquqlarını qorumasısahəsində mühüm rola malikdirlər", -o bildirib.

S.Əliyeva qeyd edib ki, bu baxımdan ölkə Prezidentinin müvafiqSərəncamı ilə yaradılmış COP29-un Təşkilat Komitəsində AzərbaycanOmbudsmanının da təmsil olunması da məhz iqlim dəyişmələri zamanıinsan hüquqları aspektlərinin nəzərə alınması məqsədinə xidmətedir.

"Hazırda qlobal müstəvidə Azərbaycana bəslənilən böyük hörmət vəetimadın göstəricisi olan bu nüfuzlu tədbirin yüksək səviyyədətəşkil edilməsi, ölkəmiz və bütövlükdə bəşəriyyət üçün uğurlunəticələrin əldə olunması naminə COP29 Təşkilat Komitəsinin üzvükimi biz də milli insan hüquqları təsisatı olaraq, olaraq bütünimkanlarımızla bu prosesə öz töhfəmizi verməyə çalışmışıq.

Yeri gəlmişkən, bu çərçivədə Ombudsmanın təşəbbüsü əsasındaAzərbaycan dövlətinin dəstəyi ilə cari ilin 2 oktyabr tarixində“İqlim Dəyişikliyi və İnsan Hüquqları: Ombudsmanların və Milliİnsan Hüquqları Təsisatlarının Rolu” mövzusunda Beynəlxalq BakıForumu keçirilmişdir", - S.Əliyeva bildirib.

Onun sözlərinə görə, forumda iqlim dəyişikliyinin yaratdığıproblemlər və onların həlli yolları insan hüquqları perspektivindənmüzakirə olunmuş, bu sahədə mövcud müsbət təcrübələr paylaşılmış,mühüm çağırışlar irəli sürülmüş, daha sonra Forum iştirakçılarınınYekun Bəyannaməsi qəbul edilmişdir.

"Azərbaycan Ombudsman təsisatının təşkilatçılığı ilə “İnsanhüquqlarına əsaslanan iqlim ədaləti: milli insan hüquqlarıinstitutlarının rolu” adlı bugünkü plenar müzakirənin dəkeçirilməsində məqsəd məhz COP29 çərçivəsində “İqlimdəyişikliyindən ən çox təsirlənən həssas qrupların qorunması:problemlər və qarşıda duran vəzifələr”, “Dayanıqlı İnkişafMəqsədlərinə uyğun olaraq ətraf mühitin mühafizəsi”, “İqlimədalətinin təmin edilməsində Ombudsman təsisatının rolununartırılması imkanları”, “İqlim dəyişikliyi nəticəsində yarananinsan hüquqları pozuntularının qarşısının alınmasında milli insanhüquqları institutlarının rolu və onların müdafiəsi strategiyaları”və digər bu kimi aktual mövzulara toxunmaqdır.

Hesab edirəm ki, iqlim dəyişikliyi qlobal bir problem olduğunagörə, milli və beynəlxalq səviyyədə əməkdaşlığın inkişafetdirilməsi, insanların iqlim dəyişikliklərinin hüquqi, sosial vəiqtisadi təsirləri barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsiçox önəmlidir. Buna görə də qlobal miqyasda insan hüquqlarınıqorumaq üçün daha geniş müzakirələr aparılmalı və beynəlxalq hüquqiçərçivə daha da təkmilləşdirilməlidir. Azərbaycanın və digərölkələrin bu məsələyə dair təcrübələri mübadilə edilməli və ənyaxşı praktikalar geniş yayılmalıdır.

Fürsətdən istifadə edərək hər birinizi bu istiqamətdə həmrəyliknümayiş etdirməyə, milli və beynəlxalq səviyyədə təxirəsalınmaztədbirlərin görülməsi istiqamətində birgə əməkdaşlığa çağırıram", -S.Əliyeva əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
15
5
az.trend.az

8Sources