EN

Sülh müqaviləsi ilə bağlı YENİ MÜƏMMA: “Deyirdilər ki, Paşinyan Bakıya gələcək…”

“Sülh danışıqları ilə bağlı bütün iddialarının alınmadığını görürük”.

Bu sözləri Ermənistan Azərbaycan arasındakı gərginlik, sülh müqaviləsinin sual altına düşməsini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, gərginlik yeni-yeni problemlər yaradır:

“Sərhədlərin demarkasiyası, delimitasiyası dayanıb. Deyirdilər ki, səhnə arxasında gizli danışıqlar gedir, amma görünən odur ki, bu da yoxdur. Bildirirdilər ki, Nikol Paşinyan Bakıya gələcək, gedəndə də həbs edilmiş erməni məhbusları özü ilə aparacaq, bu da baş vermədi. Çoxlu sayda iddialar var idi, ancaq heç birinin alınmadığını görürük. Təhlil edib demək olmur ki, kimin günahı üzündən sülh danışıqları dayanıb, müqavilə bağlanmır. Məsələ ondadır ki, proseslər uzana-uzana gedir. Proses uzandıqca da, özü boyda yeni-yeni problemlər yaranır”.

Səxavət Məmməd

Chosen
21
yenicag.az

1Sources