EN

"Azər Türk Bank" BMT-nin qlobal sazişinə QOŞULUB

Dövlət bankı "Azər Türk Bank" cari ilin 4 noyabr tarixindən etibarən davamlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüslərdən biri olan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulub.

"Unikal" xəbər verir ki, bu təşəbbüsə imza atmaqla Bank ekoloji, sosial məsuliyyət, korporativ idarəetmə sahəsində beynəlxalq səviyyədə qəbul edilmiş standartlara sadiq qaldığını bir daha təsdiqləyir.

BMT Qlobal Sazişi hazırda 160-dan çox ölkədən 20 000-dən artıq təşkilatın iştirak etdiyi böyük beynəlxalq təşəbbüsdür. Bu sazişin əsas qayəsi üzv təşkilatların strategiya və fəaliyyətlərini insan hüquqları, əmək standartları, şəffaflıq, ətraf mühitin qorunması və “Dayanıqlı İnkişaf üçün “2030 Gündəliyi” ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə uyğunlaşdırmaqdır.

Bu addım "Azər Türk Bank"ın BMT Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişafın 17 əsas məqsədinə və BMT-nin Qlobal Sazişinin 10 əsas prinsipinə dəstəyinin göstəricisidir.

Qeyd edək ki, Bank öz fəaliyyətində bu prinsipləri rəhbər tutaraq davamlı olaraq sosial və ətraf mühitə müsbət təsiri olan əhəmiyyətli işlər görür, tədbirlər həyata keçirir.

Chosen
44
unikal.az

1Sources