EN

"ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq

Yazını böyüt
Yazını kiçilt

"ASAN xidmət" modeli BMT xətti ilə dörd qitəyə ixrac olunacaq.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə müsahibəsində deyib.

"Azərbaycanın "ASAN xidmət" brendini 20-dən artıq ölkəyə intellektual məhsul olaraq ixrac edirik. COP29 çərçivəsində BMT ilə "ASAN xidmət" arasında növbəti töhfə anlaşması imzalanıb. Anlaşmaya əsasən "ASAN xidmət" modelinin BMT xətti ilə 4 qitədə təşviqi və ixracı ilə bağlı işlər görəcəyik", - deyə Ü.Mehdiyev bildirib.

Chosen
51
5
hafta.az

6Sources