EN

“AzərEnerji” və “GE Vernova” şirkəti arasında sənəd imzalandı - VİDEO

COP29 çərçivəsində “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev və “GE Vernova” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə Qaz Enerjisi istiqamətində prezidenti və baş icraçı direktoru Cozef Anisin iştirakı ilə "yaşıl zona”da tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirin əsas mövzusu “GE Vernova” şirkəti tərəfindən “Azərenerji” ASC-nin  Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasının qaz turbinlərindən birinin 100% hidrogen yanacağı ilə işləməyə keçirilməsi layihəsi olub.

Tədbirin yekunu olaraq,  “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev və “GE Vernova” şirkətinin səlahiyyətli nümayəndəsi Cozef Anis arasında sözügedən layihə ilə bağlı sənəd imzalanıb.

Chosen
35
3
unikal.az

10Sources