EN

“Kursk məsələsi Rusiyanı danışıqlarda diqtə imkanından məhrum edir”

“Rusiya 2025-ci il yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə qədər Ukraynanın Müdafiə Qüvvələrini Kursk vilayəti ərazisindən çıxarmağa çalışır”.

Tribunainfo.az xəbər verir ki, bunu hərbi analitik Dmitri Sneqirov deyib.

O bildirib ki, ruslar indiyə qədər Kurskda uğur qazana bilməyiblər. “2025-ci il yanvarın 20-nə qədər Putinin vaxt darlığı var. O, bu müddətdən mümkün qədər istifadə edərək strateji problemi həll etməyə çalışacaq. Söhbət taktiki deyil, operativ deyil, daha çox strateji məsələdən gedir. Yəni, Ukrayna Silahlı Qüvvələrini Kurskdan çıxarılmağa çalışır”.

Sneqirovun fikrincə, Kursk məsələsi Ukrayna üçün müharibəni dayandırmaq prosesində və danışıqlarda mühüm “kozır”dır. “Ukrayna qoşunlarının Kurskda olması Rusiyanın müharibənin başa çatması üçün öz şərtlərini diktə etmək istəklərinə son qoyur”.

Chosen
11
tribunainfo.az

1Sources