EN

İran 40 ildir bu plan üzərində işləyir: çeçenlərə dəhşət yaşadan silah – FOTO

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz proksi qüvvələri üçün kimyəvi silah istehsal etməyə çalışır.

Turkustan.az bildirir ki, “Azad İran” Teleqram kanalının məlumatına görə, bu barədə ABŞ-ın Terrorizmə Qarşı Mübarizə Mərkəzinin eksperti Metyu Levit “Bild” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, MKİ sənədlərinə əsasən, İslam Respublikası 1984-cü ildən Çin və Rusiya mütəxəssislərinin köməyi ilə kimyəvi silah istehsalı üzərində işləyir.

“ABŞ hökuməti öz xəbərdarlıqlarında sinir sisteminə xüsusi təsir göstərən və ilk baxışdan ölümcül görünməyən, lakin təcrübədə ölümcül ola bilən narkotik əsaslı kimyəvi silahlara istinad edir. Bu cür silahlardan biri fentanildən alınıb ki, Rusiya onu 2002-ci ildə çeçen terrorçuları Moskva teatrında yüzlərlə adamı girov götürəndə istifadə edib. Rusiya xüsusi təyinatlıları terrorçuları məhv edə bilsələr də, əməliyyat zamanı 130-dan çox insan həlak olub”, – deyə o bildirib. /globalinfo.az/

Chosen
30
1
turkustan.az

2Sources