EN

İranlı hüquq müdafiəçisi intihar edib

İranda tanınmış hüquq müdafiəçisi Kianoosh Sanjari siyasi məhbusların azadlığa buraxılmamasından sonra intihar edib.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, o, hündür binadan atılaraq özünü öldürüb.

Hüquq müdafiəçisi Sancari ölümündən əvvəl sosial şəbəkədə yazdığı paylaşımda İran rejiminə çağırış edib və 4 siyasi məhbusun azadlığa buraxılmasını tələb edib.

"Əgər bu gün saat 19:00-a qədər Fateme Sepehari, Nasreen Shakrami, Tomaj Salehi və Ərşam Rezaei azadlığa buraxılmasa... Xamenei və onun tərəfdaşlarının diktaturasına etiraz olaraq həyatıma son qoyacam" , - deyə paylaşım edib. 

O, qeyd etdiyi müddət bitdikdən sonra son yazısında iranlıların bir gün oyanıb, köləliyə qalib gəlməsini arzuladığını bildirib:

""Etiraz etmək hər bir İran vətəndaşının haqqıdır. Heç kim öz fikrini ifadə etdiyi üçün həbs edilməməlidir".

Gülşən Şərif

Chosen
34
bakivaxti.az

1Sources