EN

"Təsir müddəti 4 gündür"- astroloq AÇIQLADI

\"Günəş və Uran arasında paralel bucaq yaranacaq və təsir müddəti 4 gündür\".
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri məşhur Türkiyəli astroloq Dinçer Güner öz sosial media hesabında paylaşıb.
 
Bir tərəfdən mövcud nizamınızı qorumaq istəsəniz də, digər tərəfdən köklü dəyişikliklər etmək istəyə bilərsiniz. \"Mən nə edəcəm?\" sualını tez-tez ağlınıza gətirəcəksiniz.
 
Ani bir qərar verə, vərdişlərinizi dəyişmək istəyə bilərsiniz və ya uzun müddətdir təzyiq altında olduğunuz bir mövzudan bezə bilərsiniz. 
 
Təəccüblü xəbərlər, münasibətlərdə gözlənilməz inkişaflar və ya rutinlərin qəfil pozulması kimi vəziyyətlərlə qarşılaşa bilərsiniz. Müdiriniz, ailəniz və ya sizə təzyiq edən insanlarla iplərin gərildiyini hiss edə bilərsiniz. Qəfil və düşünmədən verilən qərarlar sizi problemə sala bilər. Risk götürərkən diqqətli olun. Yeni bir addım atmazdan əvvəl diqqətlə düşünün.
 
Yuxu rejiminiz pozula bilər və daima hər şeyi dəyişdirmək istəyi ilə dolu ola bilərsiniz. Bu enerjini boğmaq əvəzinə onu yaradıcı sahələrdə istifadə etməyə çalışın. Yeni layihələrə başlamaq, fərqli bir şey sınamaq və ya zehni cəhətdən azad edən fəaliyyətlərlə məşğul olmaq yaxşı təsir edə bilər\".
 
Oksana
Chosen
29
azxeber.com

1Sources