EN

COP29-un keçirilməsi Azərbaycanın artan nüfuzunun göstəricisidir - Ombudsman

Bakı. Trend:

İqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirilənkompleks tədbirlər və beynəlxalq arenada durmadan artan nüfuzununnəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikası COP29 kimiqlobal əhəmiyyətə malik mötəbər bir tədbirə ev sahibliyi edir.

Trend-in məlumatına görə,bunu Ombudsman Səbinə Əliyeva COP29 çərçivəsində AzərbaycanRespublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)tərəfindən “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insanhüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirədədeyib.

O qeyd edib ki, iqlim ədalətinin təmin olunmasında əsasaktorlardan biri olan Ombudsmanlar və milli insan hüquqlarıtəsisatları insan hüquqları sistemində mühüm yerlərdən birini tutansağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi, iqlimdəyişikliklərinə qarşı həssas olan qrupların hüquqlarını qorumasısahəsində mühüm rola malikdirlər.

“Bu baxımdan, ölkə Prezidentinin müvafiq Sərəncamı iləyaradılmış COP29-un Təşkilat Komitəsində Azərbaycan Ombudsmanınında təmsil olunması da məhz iqlim dəyişmələri zamanı insan hüquqlarıaspektlərinin nəzərə alınması məqsədinə xidmət edir.

Hazırda qlobal müstəvidə Azərbaycana bəslənilən böyük hörmət vəetimadın göstəricisi olan bu nüfuzlu tədbirin yüksək səviyyədətəşkil edilməsi, ölkəmiz və bütövlükdə bəşəriyyət üçün uğurlunəticələrin əldə olunması naminə COP29 Təşkilat Komitəsinin üzvükimi biz də milli insan hüquqları təsisatı olaraq, olaraq bütünimkanlarımızla bu prosesə öz töhfəmizi verməyə çalışmışıq”, - deyəo əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
1
3
az.trend.az

8Sources