EN

Yeni kollektiv kəmiyyət hədəfinə nail olunması üçün zəmin yaradılıb - Yalçın Rəfiyev

Bakı. Trend:

Yeni kollektiv kəmiyyət hədəfinə çatmaq üçün zəminyaradılıb.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəCOP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 çərçivəsindəkeçirilən mətbuat konfransında bildirib.

“Danışıqların gündəliyinə gəldikdə, biz 6.4-cü maddə üzrə erkənmərhələdə əldə olunan irəliləyişi davam etdiririk və COP29-dadanışıqlar gündəliyinin bütün sahələrində sürətlənirik. Xüsusiləbizim əsas prioritetimiz olan ədalətli və iddialı yeni kollektivkəmiyyət hədəfinə çatmağa diqqət yetiririk”, – deyə o bildirib.

O, yeni kollektiv kəmiyyət hədəfləri ilə bağlı ilkin sənədmətninin mümkün qədər tez hazırlanmasına çağırıb.

“Tərəflər mətn layihəsinə keçidlə bağlı qərarı alqışlayır vəbunu üç il ərzində ilk dəfə texniki proses üçün real əsas kimidəyərləndirirlər”, – deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
43
az.trend.az

1Sources