EN

Keçmiş vəkil Elman Paşayevə xarici aləmlə hər hansı ünsiyyətə qadağa qoyulub

Həbsdə olan azərbaycanlı sabiq vəkil Elman Paşayevin xarici aləmlə hər hansı ünsiyyətə qadağa qoyulduğu iddia edilir. Bu barədə cümə axşamı, noyabrın 14-də vəziyyətlə tanış olan mənbə məlumat verib.

“Elman Paşayevə xarici aləmlə hər hansı ünsiyyətə qadağa qoyulub. O, “Matrosskaya Tişina” istintaq təcridxanasındadır və müstəntiq vəkilin xarici dünya ilə əlaqəsinə qadağa qoyulmasını istəyib. Müstəntiqin tələbi ilə vəkil təcridxanaya görüş ala və ya qohumlarına məktub yaza bilməz. Hətta kamera yoldaşlarına da diqqətli olmaları barədə xəbərdarlıq edilib”, – “Shot” Telegram kanalı yazır.

Bundan əvvəl, oktyabrın 4-də Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. O, istintaqla əməkdaşlıqdan imtina edib. Həmçinin məhkəmə Elman Paşayevin apelyasiya şikayətini təmin etməyib, o, barəsində həbs-qətimkan tədbiri seçilib. Keçmiş vəkil istintaq təcridxanasında aktiv idmanla məşğul olur, özünü yaxşı hiss edir və səhhətindən şikayətlənmir.

Paşayev sentyabrın 17-nə keçən gecə saxlanılıb. Vəkil xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. İstintaqa yaxın mənbə izah edib ki, Paşayev 45 milyon rubl (765000 manat-red.) məbləğində dələduzluqda ittiham olunur. Bundan başqa, keçmiş vəkilin həbsini əks etdirən video da yayılıb.

Almaz Həsənli

Chosen
43
oxumeni.az

1Sources