EN

Kolumbiyadakı diplomatımız bu klubun rəhbərliyinə gətirildi - FOTO

I Liqada yarışan «Difai» rəhbərliyində yeni sima təmsil olunmağa başlayıb.

Azərbaycan Respublikasının Kolumbiyadakı səlahiyyətli diplomatik nümayəndəsi Namik Ramazanov klubun İdarə Heyətinə üzv təyin edilib.

Hazırda Bakıda olan diplomat funksionerlər və komanda üzvləri ilə görüş keçirib.

O, futbolla yaxından maraqlandığını, bu idman növündə baş verənləri daim diqqət mərkəzində saxladığını bildirib.

Ramazanov 1905-ci ildə yaradılan «Difai» təşkilatının adını futbol sektorunda yaşadan klubla münasibətlərinin yaranmasından məmnunluq hissi keçirdiyini söyləyib.

Səlahiyyətli nümayəndə 3 il öncə fəailiyyətə başlayan «fədailər»in inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.

SPORTİNFO.AZ

Chosen
174
1
sportinfo.az

2Sources