EN

Yunanıstan Qəzza və Livan üçün atəşkəs çağırışı etdi

Yunanıstanda yeni qərar imzalanıb. İsrailin intensiv hücumlarına məruz qalan Qəzza və Livana çağırış edilib.

Turkustan.az xəbər verir ki, Afina Bələdiyyə Şurasının üzvü Kostas Papadakis sosial şəbəkədəki paylaşımında Yunanıstanın paytaxtı Afina bələdiyyə məclisində Fələstin və Livan üçün atəşkəs çağırışı edildiyini açıqlayıb.

Papadakis tərəfindən paylaşılan qərar mətninə görə, Afina Bələdiyyəsi Qəzzada dərhal atəşkəs və Livandakı "münaqişələrə" son qoymağa çağırıb.

Qərarda Yunanıstan hökumətindən müharibənin genişlənməsinə, humanitar böhranın dərinləşməsinə və mülki itkilərin artmasına səbəb olacaq hər hansı əməkdaşlıqdan qaçması və atəşkəs üçün yaradılan təşəbbüslərdə fəal iştirak etməsi istənilib.

Yunan Fələstin İcması sosial mediada etdiyi paylaşımda bələdiyyə məclisində keçirilən səsvermədə Fələstin və Livanda atəşkəs çağırışı edən ilk Avropa paytaxtının Afina olduğunu bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
37
turkustan.az

1Sources