EN

COP29 çərçivəsində Urbanizasiya, Turizm və Nəqliyyat Günü keçiriləcək

Fins.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmtəşkilatçısı olduğu digər tədbirlər noyabrın 20-də – Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində olacaq.

Həmin gün nəqliyyatın iqlim dəyişikliklərinə təsiri və iqlim fəaliyyətində rolu nəzərdən keçiriləcək.

Dünyada CO2 emissiyalarının 23%-i nəqliyyat sektorunun payına düşür. 1990-cı ildən bəri emissiyaların ən sürətli artım tempi məhz nəqliyyat və sənaye sektorunda müşahidə olunur. Vəziyyət indiki kimi davam edərsə, nəqliyyat sektorunda emissiyaların 2050-ci ilə qədər ikiqat artacağı proqnozlaşdırılır.

Emissiyaların azaldılması ilə yanaşı, nəqliyyat sektorunun yaşıllaşdırılması Dayanıqlı İnkişaf Məqsədlərinin əldə edilməsində vacib rol oynayır.

Zemfira Ms
Fins.az

                 

 

Chosen
42
fins.az

1Sources