EN

Paşinyandan 9 noyabr bəyanatı haqqında açıqlama - “Həmin zaman heç kimin fikri məni maraqlandırmırdı”

Ermənistanın baş naziri Nikol Paşinyan 9 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanat haqqında açıqlama verib.

Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, o bu barədə parlamentdə çıxışı zamanı məlumat verib.

Paşinyan bildirib ki, həmin gün (9 noyabr 2020-ci il) dedim ki, bu dəqiqə heç kimin fikri məni maraqlandırmır, məsuliyyəti öz üzərimə götürürəm və bu kağızı imzalayacağam. 

“Elə vaxtlar olur ki, sən sadəcə məsuliyyəti öz üzərinə götürməlisən”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, üçətərfli bəyanat 9 noyabr 2020-ci ildə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında imzalanıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
56
missiya.az

1Sources