EN

İllik kollektiv iqlim maliyyələşməsinin 170 mlrd. dollara çatacağı proqnozlaşdırılıb

Bu həftə aparıcı çoxtərəfli inkişaf bankları illik kollektiv iqlim maliyyələşdirməsinin 2030-cu ilə qədər 170 milyard dollara çatacağını proqnozlaşdırıb.

APA xəbər verir ki bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edilən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ( AZPROMO) ilə birlikdə “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O, bildirib ki, bunun 49 milyard ABŞ dolları həcmində hissəsi uyğunlaşma maliyyəsinə aid olacaq:

"Hər bir töhfə alqışlanır, lakin harada olduğumuz və olmamız lazım olan yer arasında hələ də boşluq var. Bir sıra maraqlı tərəflərlə məsləhətləşmələr vacib olsa da, bunun üçün iqtisadiyyatın əsas sektorları üzrə özəl sektor da daxil edilməlidir. Fəaliyyəti təmin etmək üçün COP29 prezidentliyinin əsas danışıqlar prioriteti inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına və prioritetlərinə cavab verən ədalətli və iddialı yeni iqlim maliyyə məqsədini razılaşdırmaqdır. Bu kontekstdə biz istəyirik ki, özəl və xeyriyyə sektorları da inkişaf etməkdə olan ölkələrin ambisiyalarını necə dəstəkləyə biləcəklərinə diqqət yetirsinlər".

Chosen
28
4
apa.az

5Sources