EN

COP 29-da Azərbaycanın dünyaya mineral su MESAJI – FOTO

Bu günlərdə dünyanın gözü Azərbaycandadır. Noyabrın 11-dən Bakıda öz işinə başlayan COP 29 tədbiri noyabrın 22-də öz işini yekunlaşdıracaq. Tədbirdə 169 dövlətin nümayəndələri iştirak edirlər.

KONKRET.az xəbər verir ki, Prezidentlərin, baş nazirlərin, çoxsaylı dövlət rəsmilərinin qatıldığı bu mötəbər tədbirdə səsləndirilən hər bir fikir dünyanın ciddi şəkildə diqqət mərkəzindədir.

COP29-da ilk gündən etibarən rəsmi söhbətlərin aparıldığı masaların üzərində “İstisu” və “Badamlı” kimi təbii mineral suları qoyulub. “Sirab”, “Slavyanka” və digər suların belə mötəbər tədbirdə müzakirə masalarının üzərinə qoyulmaması həmin suların daha çox filtrdən süzülərək, təbii mənşəyindən uzaq düşməsi ehtimalını ortaya çıxarır.

Qədim ata yurdumuz Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan “İstisu” və  Şahbuz rayonunun faydalı komponentlərlə zəngin tərkibə malik “Badamlı” mineral suyu düşünürük ki, öz xassələrinə görə insan sağlamlığı üçün daha faydalı olması səbəbindən COP 29-a layiq görülüblər. Dünya miqyaslı tədbirin masalarını bəzəmək ən böyük reklamdır!

Adlarını qeyd etdiyimiz suların masalarda görünməsi xüsusi önəm daşıyır. Həmin suların masalara qoyulması bir baxımdan da qonaqların diqqətini cəlb etmək, bu suların dövriyyəsinin genişləndirilməsi istiqamətində atılan addımlardan biri kimi də diqqətə alınmalıdır.

Bu gün COP29-da qonaqların qarşısına məhz təbii  “İstisu” və “Badamlı” mineral sularının qoyulması bu məhsulları beynəlxalq müstəviyə çıxarmaq üçün əhəmiyyətli addımdır.

Sonda oxucuların nəzərinə çatdıraq ki, işğaldan azad olunmuş ərazilərimizdə xeyli təbii mineral su mənbələri mövcuddur. Bu mənbələr xalqımızın təbii sərvətləridir!

Chosen
46
konkret.az

1Sources