"Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı futbolçusu adı uğrunda mübarizə aparacaq namizədləri açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahı belədir:
Artyom Dovbik ("Jirona"/"Roma"), Fil Foden ("Mançester Siti"),Lukas Barella ("İnter"), Erlinq Holand ("Mançester Siti"), Harri Keyn ("Bayern Münhen"), Emiliano Martines ("Aston Villa"), Lautaro Martines ("İnter"), Koul Palmer ("Çelsi"), Rodri ("Mançester Siti"), Rodriqo ("Real Madrid"), Kriştianu Ronaldu ("Əl-Nəsr"), Lionel Messi ("İnter Mayami"), Kilian Mbappe ("Real Madrid"), Məhəmməd Salah ("Liverpul"), Vinisius Junior ("Real Madrid"), Niko Uilyams ("Atletik"), Lamin Yamal ("Barselona), Cud Bellingem ("Real Madrid"), Dani Karvaxal ("Real Madrid"), Hakan Çalhanoğlu ("İnter"), Antuan Qrizmann ("Atletiko Madrid"), Qrimaldo ("Bayer Leverkuzen"), Viktor Dyökereş ("Sportinq"), Toni Kroos (karyerasını bitirib), Robert Levandovski ("Barselona"), Vilyam Saliba ("Arsenal"), Valverde ("Real Madrid"), Bukayo Saka ("Arsenal"), Lukman ("Atalanta"), Vitinya (PSJ), Florian Virts ("Bayer Leverkuzen"), Dani Olmo ("Barselona"), Qranit Caka ("Bayer Leverkuzen").
Artıq "Globe Soccer Awards"ın rəsmi saytında səsvermə start götürüb. Səsvermənin nəticələrinə əsasən finalçılar müəyyənləşəcək. Mükafatlandırma mərasimi dekabrın 27-də Dubayda baş tutacaq.
Qeyd edək ki, ötən mövsüm bu mükafat Holanda təqdim edilmişdi.
Nihat