EN

Yaşar Gülər: İsrail Türkiyəyə hücum edə bilər

Milli Müdafiə naziri Yaşar Gülər ​​prezident Rəcəb Tayyib Ərdoğanın İsrailin Türkiyəni hədəfə ala biləcəyi ilə bağlı açıqlamasına aydınlıq gətirib.

Ölkə.Az xəbər verir ki, bu barədə açıqlama verən Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin sözlərinə görə, prezident bu mövzuda çox haqlıdır. "Güclü bir daxili cəbhə hər zaman ölkəmizin lehinədir və bu xəbərdarlıqların əhəmiyyətini görməliyik", - o qeyd edib.

İsrailin hücum ehtimalına gəldikdə nazir Gülər deyib:  "Bəli, İsrail Türkiyəyə hücum edə bilər. Bu ehtimal çox yüksəkdir". 

Nazir eyni zamanda belə bir hücumun nə vaxt başlayacağı ilə bağlı dəqiq proqnoz verməyin çətin olduğunu bildirib. "Dünya tarixi kiçik səbəblər nəticəsində böyük müharibələrin başlaması barədə yetərincə faktlarla doludur. Ona görə də Türkiyə istənilən ssenariya hazır olmalıdır", - nazir vurğulayıb.

Mürtəza
Ölkə.Az

Chosen
15
1
olke.az

2Sources