EN

Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə başlayıb

Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakimi Faiq Qəniyevin sədrliyi ilə ilkin baxış iclası keçirilib. iCLASDA təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkmənin baxış iclası noyabrın 27-nə təyin edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib.

Chosen
35
apa.az

1Sources