EN

Bu ölkələr nəyə görə COP29-a qatılmadı? — Ekoloji fəlakət törədilər...

"Təəssüf ki, dünyanın bəzi böyük dövlətləri tədbirə dırnaqarası yanaşdılar. Onların tədbirdə iştirak etməsi də bir qədər gülünc görünə bilərdi. Bu ölkələrdən bəziləri ekoloji fəlakəti ən çox gərginləşdirən ölkələr siyahısındadırlar".

Bu sözləri Demokrat.az-a politoloq Zeynal Əmrəliyev deyib:

"ABŞ dünyada ekologiyaya ən çox ziyan vuran ölkələrin başında gəlir. ABŞ-ın buraxdığı zəhərli qaz dünyanın geri qalanının buraxdığı qazdan üç dəfəyə qədər çoxdur. Bayden bunun qarşısını alacağını bildirmişdi. Ancaq bunu etmədi. Trampın dövründə isə problemin pik həddə çatacağı gözlənilir. ABŞ COP tədbirlərində özünün təklif etdiyi həll yollarını özü pozur".

Politoloq qeyd edib ki, Norveçin gözəl təbiəti var. Ancaq dünyada ekoloji fələkətə ən çox aparan ölkələrdən biridir:

"Norveç dünyada ən çirkli neftçıxarma üsuluna malik olan ölkədir. Çirkli su dənizə axıdılaraq, canlıların məhvinə səbəb olur. Norveçin sahilləri Balaxanının "qara şəhər" olan vaxtlarını xatırladır. Norveçdə balina ovunun pik həddə çatması da heç kimi narahat etmir".

Politoloq əlavə edib ki, Avtraliyanın tədbirdə iştirakı şəxsən mənim üçün çox gülməli olardı: 

"Çünki Avstraliya ekoloji məsələlərə dırnaqarası yanaşır. Ölkədə solçu hökümət belə ekoloji məsələlərə ciddi yanaşmır. Son illərdə meşə təsərrüfatının böyük hissəsi məhv edilib. Ağaclar və bitkilər məhv edilir, adları "Qırmızı Kitab"dan silinir. Nəsli kəsilməkdə olan heyvanların ovlanması halı baş verir. Ekomafiaya dəstək verilir. BMT-nin xəbərdarlığı diqqətə alınmır".

Zeynal Əmrəliyev sonda regionda qonşumuz olan Ermənistandan danışıb:

"Ermənistan regionda ekologiyanı ən çox çirkləndirən ölkədir. Onlar təkcə Qarabağda ekoloji terror həyata keçirmir. Təkcə onu demək kifayətdir ki, Metzamor Atom Elektrik Stansiyası vasitəsilə ümumi regionun ekoloji tarazlığına böyük ziyan vurulur. Stansiyanın vurduğu ziyan ölçüyəgəlməz miqdardadır. Ermənistanın Azərbaycan ərazilərindən keçən çaylarda vaxtı ilə törətdiyi terror siyasəti Azərbaycanın ətraf ərazilərdə yaşayan əhalisinin içməli su təminatının pozulmasına səbəb olmuşdu. 
Bu ölkələr hansı üzlə ekoloji tədbirdə iştirak edə bilərdi?
Sadaladığım ölkələr faktiki olaraq ekologiya düşmənləridir".


Əfsanə Kamal
Demokrat.az
Chosen
57
1
demokrat.az

2Sources