EN

Azərbaycanı dünya çempionatında 10 şahmatçı təmsil edəcək

Noyabrın 15-də İtaliyanın Montesilvano şəhərində şahmat üzrə yeniyetmələr arasında dünya birinciliyinə start veriləcək.

Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 8, 10, 12 yaşlı qız və oğlanların yarışında milli komandamızın 10 şahmatçısı mübarizə aparacaq.

Mundialda ölkəmizi Mətin Bəkirli, Yasin Əzimov, Məhəmməd Kazımzadə, Əhməd Hüseynov, Yaşar Şirinov, Sabirə Muradlı, Mehriban Əhmədli, Nurgün Fəxrətzadə, Zəhra Allahverdi və Sadəgül Əfəndi təmsil edəcək.

Ümumilikdə, yarışda 80-dən çox ölkədən 4000-dən çox yeniyetmə iştirak edəcək. Dünya birinciliyinə noyabrın 26-da yekun vurulacaq.

Chosen
2
16
yeniazerbaycan.com

10Sources