EN

Ağayevə verilən ittihamın ağırlaşdırılması tələb olundu

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Report-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Xalq artistinin tərcümeyi halını səsləndirib. O, hüquqlarının müqavilə əsasında müdafiə edən vəkilin prosesə qoşulmasını istəyib. A.Ağayev dövlət hesabına ona təyin edilmiş vəkildən imtina edib.

Məhkəmə dövlət hesabına təyin olunan vəkilin prosesdə iştirakına xitam verib.

Ağadadaş Ağayev jurnalistlərin sualların cavab olaraq bildirib ki, artıq səhhəti normaldır, ona görə də, prosesdə iştirak edir. Xalq artisti "qarşı tərəflə barışıq ola bilərmi?" sualına cavab olaraq "hər şey ola bilər" - deyib.

Nurəddin Cəlilovun müdafiəçisi məhkəməyə vəsatət təqdim edib. O bildirib ki, Ağadadaş Ağayevin atdığı balta təkcə onun yox, orada olan digər insanların həyatına da təhlükə yarada bilərdi.

"Ağadadaş Ağayevin əməlində daha ağır cinayət var. Ona görə də, iş ibtidai istintaqa qaytarılmalı və təqsirləndirilən şəxsə daha ağır ittiham verilməldiri", - vəkil bildirib.

Müdafiəçinin ikinci vəsatəti A.Ağayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı olub.

Chosen
20
7
publika.az

9Sources