EN

Karyerasını başa vurdu

Bafetimbi Qomis futbolçu karyerasını başa vurub.

39 yaşlı hücumçu bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb.

“Sent-Etyen”in yetirməsi olan Qomis “Trua”, “Lion”, “Suonsi”, “Marsel”, “Qalatasaray”, “Əl-Hilal” və “Kavasaki”də çıxış edib. O, karyerası ərzində 795 rəsmi matçda meydana çıxıb, 350 qol vurub və 75 məhsuldar ötürmə edib.

Qomis Türkiyə çempionluğunu (2 dəfə), Fransa kubokunu (1), Fransa superkubokunu (1), Səudiyyə Ərəbistanı çempionluğunu (3), Səudiyyə Ərəbistanı kubokunu (1), Asiya Çempionlar Liqası kubokunu (2), Yaponiya kubokunu (1) və Yaponiya superkubokunu (1) qazanıb.

Chosen
10
3
football-plus.az

4Sources