Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi rolunu oynamağa çalışan ABŞ və Aİ heç nə fikirləşə bilməyib, yalnız Moskvanın ideyalarını götürərək, sülh prosesini özlərinə "uyğunlaşdırmaq" üçün onların mahiyyətini təhrif edib. Lakin onların əsl məqsədi regionu "nəzarətləri altına" götürmək, oraya daxil olub, Rusiyanı, həm də İran və Türkiyəni sıxışdırıb çıxarmaq idi.
Bu barədə RF XİN-in mətbuat katibi Mariya Zaxarova noyabrın 13-də keçirilən brifinqdə bildirib.
"Biz QÉ™rbdÉ™n fÉ™rqli olaraq, CÉ™nubi Qafqazın tÉ™hlükÉ™siz, sabit vÉ™ firÉ™van olmasında maraqlıyıq. Orada biz varıq. Bizim maraqlarımız tÉ™bii, tarixi, iqtisadi, humanitar vÉ™ maliyyÉ™ maraqlarıdır". Â
Rusiya tərəfi regionda möhkəm sülhə və firəvanlığa nail olmaq məqsədilə bundan sonra da azərbaycanlı və erməni tərəfdaşlarına ən yüksək səviyyədə üçtərəfli razılaşmalar əsasında hərtərəfli köməklik göstərməyə hazırdır, deyə o bildirib.
"Üçtərəfli əsaslarla fəal iş gedərkən geniş məsələlər dairəsi üzrə ciddi nəticələr əldə olunub. Belə ki, 2023-cü ilin iyununda Üçtərəfli İşçi Qrupu çərçivəsində biz, demək olar ki, regionda nəqliyyat marşrutlarının bərpasına yaxın idik. Lakin Qərbin təzyiqi ilə Yerevan qrupda, daha sonra isə bütün üçtərəfli formatlarda iştirakını "dondurub"", deyə Zaxarova qeyd edib.