EN

Türkiyə 2050-ci ilədək AES-in gücünü 20 GVt-a çatdıracaq

Türkiyə 2050-ci ilə qədər atom elektrik stansiyasının gücünü 20 GVt-a çatdırmağı planlaşdırır ki, bu da ölkənin atmosferə zərərli emissiyaları sıfra endirmək məqsədlərinə nail olunmasına mühüm töhfə verəcək.

Busaat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının iştirakçıları qarşısında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Bakıda keçirilən COP29 zamanı daha altı ölkə, o cümlədən Türkiyə nüvə istehsalının üç dəfə artırılması haqqında Bəyannaməyə qoşulub.

Nazir xatırladıb ki, bu təşəbbüs ötən il BƏƏ-də keçirilən COP28 sessiyası çərçivəsində ABŞ, Fransa, Yaponiya və Cənubi Koreya da daxil olmaqla 25 ölkə tərəfindən dəstəklənib.

“2050-ci ilə qədər sıfır istixana qazı emissiyası məqsədinə nail olmaq üçün qlobal temperaturun 1,5 dərəcə Selsidən çox artmasının qarşısını almaq vacibdir. Görünür ki, bu məqsədə çatmaqda əsas amil nüvə energetikasının inkişafıdır”, – deyən nazir qeyd edib ki, bu gün dünyanın 31 ölkəsində ümumilikdə 415 atom elektrik stansiyası fəaliyyət göstərir.

A.Bayraktar, ümumi gücü 4,8 GVt olan Akkuyu AES-in bütün reaktorlarının 2028-ci ilin sonunadək işə salınacağını və bunun Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizinə qədərini ödəyəcəyini bildirib.

O, nümunə olaraq, COP29-da açıqlanan ABŞ-ın Nüvə Enerjisi Yol Xəritəsinə diqqət çəkib. “Birləşmiş Ştatlar nüvə enerjisi gücünü 200 GVt artırmağı planlaşdırır. Bu məqsədə çatmaq üçün amerikalılar kiçik modul nüvə reaktorlarına arxalanırlar”, – deyə türkiyəli nazir bildirib.

image-img_7726

Chosen
5
4
busaat.az

6Sources