EN

Fernandu Santuş, Mourinyo, Amorim – son beş ayda yeni iş tapan portuqaliyalı məşqçilər

“Sportinq”dəki uğurlu fəaliyyətindən sonra bir neçə gün əvvəl “Mançester Yunayted”in baş məşqçisi təyin olunan Ruben Amorim “Qırmızı şeytanlar”ın ilk portuqaliyalı çalışdırıcısı deyil.

İdman.biz xəbər verir ki, əfsanəvi Joze Mourinyo 2016-2018-ci illərdə İngiltərə klubuna rəhbərılik edib. "The Special One" (“Özəl biri”) bu ilin iyul ayından isə “Fənərbağça”nın uğurları üçün çalışır.

Qeyd edək ki, iyun ayından Azərbaycan millisinin sükanı da portuqaliyalı mütəxəssisə həvalə olunub. Bu vəzifədə artıq beşinci ayını keçirən 70 yaşlı Fernandu Santuş bu həftəsonu estonlara qarşı keçiriləcək 5-ci oyununda ilk qələbəsini qazanmağa çalışacaq.

Yaydan bəri “Milan”, “Panatinaikos”, Cənubi Koreya millisi kimi komandalara da portuqaliyalı məşqçilər gəlib.

Son beş ayda yeni işə başlayan 10 tanınmış portuqaliyalı məşqçi
Ruben Amorim – “Mançester Yunayted” (11 noyabrdan)
Leonardo Jardim – “Əl-Əin” BƏƏ (8 noyabrdan)
Rui Vitoria – “Panatinaikos” (31 oktyabrdan)
Rikardo Sa Pinto – “Raja Kasablanka” Mərakeş (10 oktyabrdan)
Joao Aroso – Cənubi Koreya millisi (26 avqustdan)
Paulo Fonseka – “Milan” (1 iyuldan)
Joze Mourinyo – “Fənərbağça” (1 iyuldan)
Paulo Sousa – “Şabab Əl-Əhli” BƏƏ (1 iyuldan)
Fernandu Santuş – Azərbaycan millisi (12 iyundan)
Luis Boa Morte - Qvineya-Bissau millisi (1 iyundan)

Rasim
İdman.biz

Chosen
208
idman.biz

1Sources