EN

Rus hücumçunun bahalı saatını paltardəyişmə otağından oğurladılar

"Krasnodar"ın hücumçusu Fyodor Smolovun Rusiya Premyer Liqasının 15-ci turu çərçivəsində Kazanda "Rubin"ə qarşı keçirdikləri matçda (1:1) bahalı saatı oğurlanıb.

Fanat.Az "Sport-ekspress"ə istinadən xəbər verir ki, 70-80 min avro dəyəri olan saatı qonaq komandanın paltardəyişmə otağındakı dolabdan götürüblər.

Mənbə stadionun əməkdaşlarının videogörüntüləri izlədiklərini, amma həmin otağa kənar şəxsin girdiyini müşahidə etmədikləri bildirilib. 

Xatırladaq ki, məhz bu oyunda "Krasnodar"ın 11 oyunluq qələbə seriyası başa çatıb. 

Nihat

Chosen
4
fanat.az

1Sources