EN

İran kimyəvi silahdan istifadə edəcək? – POLİTOLOQ

ABŞ-nin Terrorizmə Qarşı Mübarizə Mərkəzinin eksperti Metyu Levit “Bild” qəzetinə müsahibəsində bildirib ki,
İslam Respublikası 1984-cü ildən Çin və Rusiya mütəxəssislərinin köməyi ilə kimyəvi silah istehsalı üzərində çalışır. İran bu silahlardan istifadə edə bilərmi?Çünki Rusiya 2002-ci ildə çeçen terrorçuları Moskva teatrında yüzlərlə adamı girov götürəndə istifadə edib.

Bu barədə Tribunainfo.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, İran ilk dəfə 1985-ci ildə kimyəvi silahdan sınaq vasitəsi olaraq məhdud sayda istifadə edib.1987 ci ildə isə İraqa qarşı apardığı müharibədə kimyəvi silaha müraciət edib.

Politoloqun sözlərinə görə, bununla belə 1993 cu ildə kimyəvi silahın istehsalı, yayılmaması ilə bağlı məlum konvensiya oralığa çıxdıqdan sonra(onu həmin ildə ilk olaraq Fici adaları imzalayıb) İran konvensiyaya qoşulan 65 dövlətdən biri olmuşdur.

“1997 ci ildə konvensiya hüquqi qüvvəyə minib,2023 cu il üçün ona 193 dövlət qoşulub. Maraqlıdır ki, ABŞ-ın yaxın Şərqdəki ən sadiq müttəfiqi İsrail konvensiyanı imzalasa da indiyədək onu ratifikasiya etməyib. Amma ABŞ müttəfiqinin bu hərəkətini görməzdən gəlir. İsraillə yanaşı indiyədək konvensiyanı ratifikasiya etməyən digər dövlətlər Şimali Koreya, Misir və Cənubi Sudandır.
İran kimyəvi silahın yayılmaması və tətbiq olunmaması ilə bağlı öhdəliklərini dəqiqliklə yerinə yetirir. Bununla bağlı MAQATE-nin açıqlamaları var.
İranın nüvə çalışmaları ilə bağlı araşdırmalarını diqqət mərkəzində saxlayan ABŞ və Avropa Birliyi nədənsə İsrailin 200-ə yaxın nüvə başlıqlı raketlərə malik olduğuna da göz yumurlar. İsrail isə nüvə silahına malik olduğunu inkar edir.
ABŞ-da prezident seçkilərində Trampın qələbəsi belə bir fikri səsləndirməyə əsas verir ki, rəsmi Vaşinqtonun İsrailə maliyyə və hərbi dəstəyinin artırılması konteksində ABŞ-İran münasibətləri kəskinləşəcək və İranı kimyəvi silahlarla bağlı məsələlərdə ittiham etmək cəhdləri də bunun göstəricisidir. Yeri gəlmişkən ABŞ 2003-cü ildə İraqda Səddam Hüseyn rejiminə münasibətdə “Səhrada tülkü” siyasətinin tətbiqi ərəfəsində İraq hökumətini qeyri-qanuni olaraq kimyəvi silahlardan istifadə “faktına”görə ittiham etmiş və İraqa hücum baş tutmuşdur. Səddam hökuməti devrildikdən sonra etiraf etməyə məcbur olmuşdur ki, İraqda kimyəvi silah olmayıb, zira bu an üçün artıq İraq prezidenti Səddam Hüseyn HAAQA məhkəməsinin qərarı ilə artıq edam edilmişdir”.

Dəniz

Chosen
49
tribunainfo.az

1Sources