EN

Fransa Azərbaycanın yaratdığı reallıqları qəbul etmək istəmir- ÖZƏL

"Avropanın Azərbaycanın enerji resurslarına ciddi ehtiyacı var. Bu, həm hasil olunan enerji resursları, həm də Azərbaycanın istehsal edəcəyi yaşıl enerji ilə bağlıdır. Azərbaycan hazırda  Aİ-yə daxil olan 10 ölkə ilə yaxın strategiya tərəfdaşlıq münasibətləri var, 8 ölkəyə Azərbaycan qazı tədarük edilməkdədir. Bu ehtiyac isə getdikcə daha da artər və coğrafiya genişlənir. Azərbaycana qarşı edilən təzyiqlər isə sırf Fransa və ona yaxın dövlətlərin siyasəti ilə əlaqələndirilməlidir". 

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Belə ki, Fransa Azərbaycanın Güney Qafqazdakı yaratdığı reallıqları və rolu qəbul etmək istəmir. Eyni zamanda bölgəyə Ermənistan üzərindən yerləşməklə destruktiv oynamağa çalışır. Azərbaycan da buna imkan verməyərək Fransanın bu niyyətlərinə mane olmaqdadır. Çünki Fransanın Azərbaycana qarşı tutduğu düşmən mövqe cavabsız qalmır. Heç təsadüfi deyil ki, Fransanın bütün cəhdlərinə baxmayaraq COP29-u boykot etmək cəhdləri baş tutmadı. 80-dən artıq ölkənin hökumət başçıları bu tədbirdə iştirak etdi. Şübhəsiz ki, Azərbaycanın rolu bundan sonra da artacaq. Həm neft, həm də qazla bərabər Azərbaycan Avropaya yaşıl enerjinin ixracına da başlayacaq. Bununla bağlı Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya arasında memorandum imzalanıb. Artıq texniki əsaslandırma, layihələndirmə işləri keçirilməkdədir. O cümlədən bu prosesə Azərbaycanın vasitəçiliyilə Özbəkistan və Qazaxıstan da qoşulublar".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
36
olaylar.az

1Sources