EN

"Azərbaycanın COP29-a ev sahibliyi etməsi bəzi qüvvələri narahat edib"

COP29-un "Yaşıl dünya naminə həmrəylik ili"ndə  Azərbaycan keçirilməsi heç də təsadüfi deyil. Bu ölkəmizin ekoloji sahədə qazandığı uğurların bilavasitə nümunəsidir. 

Bəs bu beynəlxalq tədbir hansı töhfələri verəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin komitə sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, COP29 elə ilk günlərindən öz faydalarını göstərdi.

"COP29 başlar-başlamaz siyasi cəhətdən öz töhfələrini verdi. Elə dünyanın xeyli ölkəsinin təmsilçisinin Azərbaycana gəlməsi, beynəlxalq miqyaslı bir tədbirin keçirilməsi Azərbaycanın imici, nüfuzu baxımından olduqca, vacib idi. Tədbirin  bu dərəcədə yüksək səviyyədə baş tutması onu göstərdi ki, bundan sonra da Azərbaycan problemlər ətrafında kilid ölkələrdən biri olaraq rolunu oynayacaqdır. Sammit çərçivəsində dünyada narahatlıq yaradan iqlim dəyişikliyinə qarşı mübarizə yolları müzakirə olunacaq". 

Millət vəkili qeyd etdi ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi bəzi qüvvələri narahat edib.

"Azərbaycanın belə geniş maştablı qlobal tədbirlərə ev sahibliyi etməsi çox böyük bir qısqanclıqlar da doğurdu. Amma buna baxmayaraq, həmin qüvvələr başa düşməlidir ki, bu maneələr, qaralama kampaniyaları Azərbaycan üçün çox da əhəmiyyət kəsb etmir. Buna görə də öz doğru bildikləri yolda yürüməlidirlər. Ona görə də bunun siyasi dividenti artıq indidən görünməkdədir. Azərbaycan olaraq da biz bu prosesi Türkiyədə aparmalıyıq və Azərbaycanın gələcəyini də məhz bu dividendləri artıraraq, daha yaxşı şəkildə dünya arenasında qəbul edilən səviyyəyə qaldırmalıyıq".

Türkan İSGƏNDƏRLİ

Chosen
45
redaktor.az

1Sources