EN

Lənkəranda Milli Qəhrəman və şəhidlərin adını daşıyan küçələr asfaltlanıb

Yol infrastrukturunun yenilənməsi və inkişafı istiqamətində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) hər il olduğu kimi cari ildə də əsaslı təmirə ehtiyacı olan küçələrin asfaltlanmasını həyata keçirir.

"Unikal" xəbər verir ki, cari ilin əvvəlində Lənkəran  rayonun sosial-iqtisadi inkişafına dair Tədbirlər Planına əsasən 10 küçənin - Milli Qəhrəman Etibar Əliyev,şəhid Mirxəyal Kərimzadə, Anar Səfərov və Samir Allahverdiyev (Şeyx Zahid dalan 2), M.Ə.Rəsulzadə, H.Nəsir, Kələntərlilər, M.Əsədov, A.İsmayılov və B.Mirsaleyev dalan 2 küçələrinin asfaltlanması həyata keçirilib. Büdcədən ayrılmış vəsaitə uyğun olaraq cari ildə daha 11 küçənin asfaltlanması yekunlaşıb. Belə ki, şəhid Elşad Zeynallı,  Orxan Quluzadə,  Emil Qurbanov,  Hamid Əskərov, Elnur Talıbov və Ehtiram Hüseynov, 20 Yanvar, Tofiq İsmayılov dalan 1, Vaqif Hüseynov dalan 2, Mirmustafaxan, Əli Məmmədov küçələrinə 26150 kv.metr isti asfalt örtüyü döşənib və əhalinin istifadəsinə verilib. Bundan başqa, 23 küçədə cari təmir işləri aparılıb.

Lənkəran sakinləri yerli icra hakimiyyətinə etdikləri yazılı və şifahi müraciətlərdə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya görülən işlərə və bütövlükdə rayonumuza göstərdikləri xüsusi diqqət və qayğıya görə təşəkkür edir, minnətdarlıqlarını bildirirlər.
 

Chosen
51
unikal.az

1Sources