EN

"COP29 Azərbaycanda yeni iqtisadi fürsətləri yarada bilər" - AÇIQLAMA

COP29 ekologiya ilə yanaşı, siyasi, iqtisadi əlaqələrin də yaranmasına kömək edəcək. Nəzərə alsaq ki, ölkəmizə 80-dən çox dövlətin nümayəndələri gəlib, burada ikitərəfli münasibətlərin qurulması gözləniləndir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirdi ki, bu cür tədbirlərdə şirkətlər qarşılıqlı olaraq investisiya layihələri üzrə müzakirələr aparır və əməkdaşlıq edirlər.

"Müxtəlif ölkələrin şirkətlərinin iştirak etdiyi böyük tədbirlərin rəsmi müzakirələrindən heç də az vacib olmayan şəxsi təmaslar da olur. Şirkətlər bir-biri ilə görüşür yeni investisiya layihələri müzakirə olunur və əlaqələr qurulmağa başlayır. Azərbaycanda indi yüzlərlə şirkətlərin nümayəndələri var və ölkəmiz yaşıl enerjiyə keçidlə bağlı müəyyən layihələr həyata keçirmək istəyir. Bununla bağlı müəyyən müqavilələr də artıq bağlanıb".

Natiq

İqtisadçının sözlərinə görə, belə əməkdaşlıqların qurulması, Azərbaycanda yeni iqtisadi fürsətlər yarada bilər.

"Bu tədbirdən sonra bağlanacaq müqavilələr iş yerlərinin artmasında, alternativ enerji istehsalında yeni dövrə keçid baş verə bilər. Amma bir şərtlə ki, Azərbaycanda da qanunvericilik bazası yaxşılaşdırılsın və təkmilləşdirilsin. Məsələn bu sahədə iştirak etmək, fəaliyyət göstərmək istəyən şirkətlərə güzəştlər olsun, onların müəyyən fəaliyyətinə yaxşı bir şərait yaradılsın". 

Türkan İSGƏNDƏRLİ

Chosen
32
redaktor.az

1Sources