EN

Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının “Xalis Sıfır” Yol Xəritəsi təqdim olunub

COP29 çərçivəsində Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının “Xalis Sıfır” Yol Xəritəsi təqdim olunub.

Yol Xəritəsinin mahiyyəti sement istehsalında karbon emissiyasının azaldılmasıdır. Buna nail olmaq üçün sement istehsalında klinkerdən istifadənin azaldılması, onun əvəzinə daha çox qatqı maddələrdən istifadə və yeni texnologiyaların tətbiqi nəzərdə tutulur. Bu isə daha az karbon emissiyalı məhsulların ərsəyə gəlməsi deməkdir.

Bildirilib ki, qlobal səviyyədə sement sənayesinin üzərinə 5 faiz həcmində karbon emissiyasının azaldılması öhdəliyi qoyulub. Azərbaycanda karbon emissiyasının 2030-cu ilədək 10 faiz üzərində azaldılması, 2050-ci ilədək isə ümumiyyətlə sıfıra endirilməsi hədəflənir.
Artıq cari ilin dekabr aydan etibarən Assosiasiya tərəfindən strategiyanın icrasına başlanılacaq.

Chosen
24
vergiler.az

1Sources