EN

Saakaşvili əfv edilsə həbsxanadan çıxa bilməyəcək? - AÇIQLAMA

Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili ona qarşı başqa cinayət işləri açıldığı üçün indiki prezident Salome Zurabişvili tərəfindən əfv edilsə belə, həbsxanadan çıxa bilməyəcək. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu "İmedi" telekanalına müsahibəsində hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

"Mən bildiyimə görə, Saakaşviliyə qarşı digər mühüm işlərə baxılır və prezidentin əfv olunması o baxımdan mənasını itirir ki, belə bir qərar versə belə, o, azadlığa çıxa bilməyəcək, çünki ona qarşı digər cinayət işləri qaldırılıb", - Kaladze bildirib.

Hazırda Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlara görə ikisi qiyabi olaraq 3 il, əlavə olaraq 6 il həbs cəzası alıb. 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, "İmedi" televiziya şirkətinin ofisinin dağıdılması və təxminən 9 milyon lari (3,3 milyon dollardan çox) məbləğində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı işlərə baxılır. 

2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb, bundan sonra o, sərhədi qanunsuz keçməkdə ittiham olunub. 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün siyasətçi hələ də qaldığı Tbilisidəki özəl "Vivamed" klinikasına aparılıb.

Milli.Az

Chosen
31
6
milli.az

7Sources