EN

Trampın dövlət katibi namizədi sülhə güc yolu ilə nail olacağına söz verdi

ABŞ-ın Florida ştatından olan senatoru, seçilmiş prezident Donald Tramp tərəfindən dövlət katibi vəzifəsinə namizədliyi irəli sürülən Marko Rubio yeni dövlət başçısına göstərdiyi etimada görə təşəkkür edib. O, güclü mövqedən sülhü təmin edəcəyini və ABŞ və vətəndaşlarının maraqlarını hər şeydən üstün tutacağını bildirib.

HİT.az xəbər verir ki, bu barədə senator senator X sosial şəbəkəsində yazıb.

“Dövlət katibi kimi mən Donald Trampın xarici siyasət gündəmini həyata keçirmək üçün hər gün çalışacağam. Prezident Trampın rəhbərliyi altında biz sülhü güclü mövqedən təmin edəcəyik və həmişə amerikalıların və Amerikanın maraqlarını hər şeydən üstün tutacağıq", deyə siyasətçi bildirib.

Donald Trampın hökumətində dövlət katibi vəzifəsinə Marko Rubionun namizədliyi dünən, noyabrın 13-də məlum olub. Rusiyada senatora qarşı şəxsi sanksiyalar var. Bu illər ərzində o, Rusiya Federasiyası vətəndaşlarına və Rusiya dövlət müəssisələrinə qarşı şəxsi sanksiyaların genişləndirilməsinin tərəfdarı olub.

Rubio ABŞ-ın yeni seçilmiş prezidentinin Ukraynaya münasibətini bölüşür. O, Konqresin yuxarı palatasında apreldə Kiyevə qəbul edilmiş 61 milyard dollarlıq hərbi yardım paketinin əleyhinə səs verən 15 respublikaçıdan biri idi.

Samir

Chosen
93
50
hit.az

10Sources