Azərbaycan və Türkiyə dəniz qüvvələri birgə hərbi təlim keçirəcəklər. Manset.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, təlimlər 18-29 noyabr tarixləri arasında keçiriləcək. Məlumata görə, təlimlərdə iki ölkənin Sualtı Hücum (SAT) və Sualtı Müdafiə (SAS) bölmələri iştirak edəcək. Təlimlərin Muğlada keçirilməsi planlaşdırılır.