EN

COP29-un Yaşıl Zonasında “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” mövzusunda panel sessiyası keçirilib

Bakı. Trend:

Davam etməkdə olan COP29 iqlim konfransının dördüncügünündə Yaşıl Zona proqramı üzrə iqlim fəaliyyəti ilə əlaqədartədbirlərin keçirilməsi davam edir.

Trend xəbər verir ki, 14noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-unStrateji təsir üzrə tərəfdaşı olan “PASHA Holding” tərəfindən birgəpanel sessiya təşkil edilib.

"Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi"adlı panel sessiyasında bu regionlarda iqlim maliyyəsinin carivəziyyəti, çağırışlar və inkişaf perspektivləri hərtərəfli təhliledilib. Dayanıqlı investisiyaların təşviqi, dövlət-özəl sektorəməkdaşlığının gücləndirilməsi kimi mövzulara diqqət çəkilənsessiyada iqlim dayanıqlığı və adaptasiya məqsədləri üçün mövcudmaliyyə mexanizmləri dəyərləndirilib.

"Bakı Fond Birjası" QSC-nin (BFB) idarə heyətinin sədri RuslanXəlilov, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoruRoland Prays, “PAŞA Bank”ın idarə heyəti sədrinin müavini BəhruzNağıyev, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (JBIC) icraçıdirektoru, dayanıqlılığın idarə edilməsi departamentinin başdirektoru Hiroko Yano, AIFC Yaşıl Maliyyə Mərkəzinin baş direktoruManas Gizdhuaniyevin iştirak etdiyi panel müzakirəsində mövcudproblemlərlə yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlimfəaliyyətinin sürətləndirilməsi, bu istiqamətdə maliyyə dəstəyininartırılması və optimallaşdırılması, bu sahədə strateji əməkdaşlıqyolları müzakirə edilib.

Bundan əlavə, COP29-un Yaşıl Zonasında müxtəlif saatlardakeçirilən panel müzakirələrində dayanıqlı inkişafa yönəlmişinnovativ yanaşmalar, karbon emissiyalarını azaltmaq üçün qəbuledilən strategiyalar, dayanıqlılığın sənaye sahələrindəkiaktuallığı, yaşıl texnologiyalar, dayanıqlı enerji və resurs əsaslıiqtisadiyyatlar üçün uğurlu modellər və gələcək perspektivlər və bukimi müxtəlif mövzularda fərqli tədbirlər keçirilib, yerli vəxarici ekspertlər, mütəxəssislər öz fikirlərini bölüşüblər. Panelmüzakirələri ilə yanaşı COP29 Yaşıl Zona ziyarətçiləri üçün“Extreme Hangout” dinamik ərazisində film nümayişləri, yoqasessiyası, debat tərzi sessiyalar da təşkil olunub.

COP29-un
COP29-un
COP29-un
COP29-un
COP29-un
COP29-un
COP29-un
COP29-un
Məqalədə:
Chosen
35
4
az.trend.az

4Sources