Bakı. Trend:
Ölkəmizdə təşkil edilən COP29 çərçivəsində İqlim, innovasiya,yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair NazirlərGörüşü keçirilib.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdəiqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın türk dövlətləriilə əməkdaşlığı yüksək qiymətləndirdiyini və ölkələrimiz arasındainteqrasiya proseslərinə dəstək verdiyini vurğulayıb.
Qeyd olunub ki, birgə təşəbbüslər iqlim fəaliyyəti və yaşıliqtisadiyyat kimi istiqamətlərdə müsbət dəyişikliklərə nailolunmasına mühüm töhfələr verəcək. Bu məqsədlə üzv dövlətlərinyaşıl iqtisadi keçidini dəstəkləmək üçün platforma kimi İqlim,innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığıyaradılır. Bu təşəbbüs iqlimə uyğun ağıllı inkişaf və ədalətliyaşıl keçid üçün daha sıx əməkdaşlığın təşviqi məqsədi daşıyır. Buçərçivədə milli yaşıl inkişaf strategiyalarının hazırlanması, yaşılenerji zonalarının yaradılması, iqlimin maliyyələşdirilməsimexanizmlərinin təkmilləşdirilməsi, yaşıl KOB subyektlərinin vəstartapların yaradılmasını dəstəkləmək və s. mühüm işlərinreallaşdırılması hədəflənir.
Nazirlər Görüşündə TDT-nin baş katibi Kubanıçbek Omuraliyev,Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının əməliyyatlar üzrəbaş direktoru Nazim Nurdali, Qazaxıstanın Baş nazirinin müavini vəmilli iqtisadiyyat naziri Nurlan Baybazarov, Özbəkistanıninvestisiya, sənaye və ticarət naziri Ləziz Kudratov, Qırğızıstanıniqtisadiyyat və ticarət naziri Sanjarbek Bolotov, Türkiyəninticarət nazirinin müavini Mustafa Tuzcu, Azərbaycanın Xarici İşlərNazirliyinin departament rəhbəri Elmar Məmmədov çıxış ediblər.Çıxışlarda türk ölkələrində həyata keçirilən iqlim və yaşıliqtisadiyyat siyasəti barədə məlumat verilib. Müxtəlif istiqamətlərüzrə ölkələrarası tərəfdaşlığın və inteqrasiya prosesləriningüclənməsinin ümumi rifah və qlobal çağırışlara adekvat yanaşmabaxımından vacibliyi vurğulanıb. Bildirilib ki, tərəfdaşlıqvasitəsilə üzv dövlətlər davamlı inkişafa, iqlim problemlərininhəllinə və regional iqtisadi artımın təşviqinə sadiqliklərininümayiş etdirirlər. Azərbaycanın türk dövlətləri arasındatərəfdaşlığın güclənməsinə mühüm töhfələri vurğulanıb.
Tədbirdə təşkilata üzv dövlətlərin müvafiq dövlət qurumlarınınrəhbərlərinin İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçünTDT Tərəfdaşlığının yaradılmasına dair Bakı Nazirlər Bəyanatıimzalanıb. Bəyanat innovasiya, davamlılıq və yaşıl inkişafınrəhbərlik etdiyi gələcək üçün ortaq baxışı ortaya qoyur.