EN

Braziliya legioner Azərbaycandan getmək qərarına gəldi

"Sumqayıt"ın yarımmüdafiəçisi Fernando Medeiros yeni klub axtarışına çıxıb.

Buna səbəb braziliyalı legionerin hazırda düşdüyü durumdur.

Yayda böyük ümidlərlə transfer edilən 28 yaşlı futbolçu gözləntiləri heç cür doğrulda bilmir.

Samir Abasovun dönəmindən ona başlayan inamsızlıq Vaqif Cavadovla da davam edir.

Gələcəyini burada görməyən orta sahə oyunçusu qışda "kimyaçılar"dan ayrıla bilər.

Düzdü, onun Sumqayıt klubu ilə 2026-cı ilə kimi qüvvədə olan müqaviləsi var.

Lakin rəsmilər də mümkün gedişə qarşı deyil.

Cənubi amerikalı "Sumqayıt" formasında keçirdiyi 7 matçda 1 qolla yadda qalıb.

XANOĞLAN/ SPORTİNFO.AZ

Chosen
60
sportinfo.az

1Sources